Ronaldo İrinanı unuda bilmir: "Heyf, əlimdən çıxdı"

Ronaldo İrinanı unuda bilmir: "Heyf, əlimdən çıxdı"
4629 dəfə oxunub
  • A-
  • A
  • A+
“Real Madrid”in portuqaliyalı oyunçusu Kriştiano Ronaldo keçmiş model sevgilisi İrina Şeykdən ayrılmasına görə peşmandır.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, futbolçu yaxınlarına rus modeldən ayrılmağı istəmədiyini deyib. İrina haqqında “Heyf, əlimdən qaçırdım” deyən Ronaldo onu hələ də sevdiyini və münasibətinin bitməsinə görə üzüldüyünü deyib. Futbolçunun Şeyki hələ də yaxından izlədiyini bildiriblər.

Qeyd edək ki, britaniyalı aktyor Bredli Kuperlə eşq yaşayan İrinanın bir qızı var. Ronaldonun da model Corcina Rodriqezlə münasibətindən 5 aylıq qızı dünyaya gəlib.