Barbadoslu müğənni Rihanna sosial şəbəkə paylaşımı ilə yenidən gündəm olmağı bacarıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, musiqi karyerasında bir müddətdir, fasilə verən ifaçı geyimləri ilə danışılır.

“Coachella” musiqi festivalına qatılan Rihanna gecə üçün seçdiyi libasda fotosunu İnstaqram hesabında yerləşdirib. Qəhvəyi transparan libas geyinən müğənni uzun çəkmələrdə olub. İfaçının fotosu minlərlə istifadəçi tərəfindən bəyənilsə də, bəzi izləyicilər 30 yaşlı Rihannanın geyimini yataq örtüsünə bənzədiblər. “O, nə geyinsə yaraşır” yazanlar da az olmayıb.





                 

Digər Xəbərlər