Hamı onları əkiz zənn edir, həqiqət isə belədir - Fotolar

Hamı onları əkiz zənn edir, həqiqət isə belədir - Fotolar
2265 dəfə oxunub
  • A-
  • A
  • A+
43 yaşlı Sara Niblok və 22 yaşlı qızı Holli internet fenomeninə çevriliblər.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, aralarında 21 yaş fərq olmasına baxmayaraq, hamı onları eyni yaşda zənn edir.

Bundan başqa, zahirən bir-birinə çox oxşayan ana-qızı çoxları əkiz hesab edir. Bəzən onların eyni yaşda olmadıqlarına inanmaq üçün şəxsiyyət vəsiqələrinə baxırlar.

Yaxın rəfiqə olan Sara və Holli vaxtlarının çoxunu birlikdə keçirməyi və gecələr əyləncə mərkəzlərinə getməyi sevirlər.