Müğənni Alişanla mayın 6-da nikah masasına oturacaq aktrisa Buse Varol xına gecəsini bu ayın 21-də keçirəcək.Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunun üçün aktrisa Çeşmə hamamı bağlatdıracaq.
Qeyd edək ki, ötən ay nişanlanan Alişanla Buse artıq yeni evlərinə köçmək üçün hazırlıqlara başlayıblar.