"Bunu ən çox edən özüməm" - Elvindən qıcıqlandıran sözlər

"Bunu ən çox edən özüməm" -  Elvindən qıcıqlandıran sözlər
534 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Elvin Abdullayev bu dəfə rus dilində mahnıya müraciət edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “Любовное вино”  adı verdiyi ifasını “Youtube” kanalında yerləşdirib.

Bəstənin musiqisi sənətçinin özünə, sözləri isə Tahir Məhərrəmliyə məxsusdur.

Elvin son günlər tez-tez mahnı təqdim etməsinin səbəbini açıqlayıb:

“Qalmaqaldan uzaq gəzirəm. Kiminləsə dava edib, gündəmə gəlmək mənlik deyil. Ona görə də başımı aşağı salıb yaradıcılığımla məşğulam. Müğənninin işi yeniliklər etməkdir. Mən də toylarıma, dəvətlərə gedirəm, boş vaxt tapan kimi də studiyaya girib, mahnı oxuyuram. Hələ qarşıda daha çox mahnılar olacaq. Sənət aləmində ən çox iş görən elə mənəm. Bu qədər mahnı hazırlayan elə özüməm”.