"Nə Aygünü, nə də Röyanı Türkiyədə tanıyırlar"

"Nə Aygünü, nə də Röyanı Türkiyədə tanıyırlar"
4088 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elariz Məmmədoğlu “APA TV”-nin “Show time” verilişində qalmaqala səbəb olacaq açıqlama verib.
 
Axşam.az-ın məlumatına görə, ifaçı bildirib ki, heç bir azərbaycanlı müğənni Türkiyədə tanınmır. Hətta həmin sırada xalq artisti Aygün Kazımovanı və əməkdar artist Röya Ayxanın da adını vurğulayıb: 

“Sualınıza sualla cavab vermək istəyirəm. Bu günə qədər hansı müğənnimiz Türkiyədə nəsə edə bilib? Elə bir müğənnimiz yoxdur axı".
 
Bu zaman aparıcı qonağına xatırladıb ki, Aygün Kazımova, Röya Ayxan Türkiyə şou-biznesinə qatılıb. Elariz isə bildirib ki, onlar sadəcə qardaş ölkəyə gediblər:

"Allah işlərini avand eləsin. Amma Türkiyədə mövcud olan müğənnilər var ki, onların sırasında yoxdular. Ola bilər ki, onlar 3-5 dəfə Türkiyəyə gediblər, verilişdə çıxış ediblər və Bakıya qayıdıblar. Amma orada ekstralar, sifarişlər yəni səhnədən pul qazanmaq, bunlar yoxdur axı. Çünki Türkiyənin ərazisi Azərbaycandan 10 dəfə böyükdür. Orada pul əmtəəsi bizdən çoxdur. Azərbaycanda klipi 3 min manata çəkdirmək olar, Türkiyədə yox. Orada hər şey 30-40 mindən başlayır. Türkiyə şou-biznesinə girmək üçün böyük pullar qoymaq lazımdır. O böyük pullar da bizim müğənnilərdə yoxdur. Toya ən baha 15 minə gedirlər. O böyük pullar bizdə olmadığına görə oranın şou-biznesinə qatılmaq barədə danışa bilmərik. Real danışmağı sevirəm, yalandan deyim ki, ay biz gedərik, nə bilim nə.

Azərbaycanda istedadlı müğənnilər, bəstəkarlar, aranjimançılar var. Təki bizim müğənniləri Türkiyədə tanısınlar, buna yalnız sevinə bilərəm. Amma reallıq budur ki, tanımırlar. Oğlum Türkiyədə yaşayır, təhsil alır. O, daha yaxşı bilir ki, bizim müğənniləri orada tanımırlar. Sabah mənim bu sözlərimdən qalmaqal olacaqsa, olsun. Reallığı dedim. Qoy sübut eləsinlər ki, onları orada tanıyırlar. Mən də baxım, fəxr edim".
 
E.Məmmədoğlu Günel Zeynalova, İradə İbrahimova, Ezonun da Türkiyədə heç nə edə bilmədiyini söyləyib:

“Nə bilim Vallah. Təki orada tanınsınlar, amma məndə olan məlumata görə tanınmırlar. Amma bizim müğənnilər çox güclüdür. Məsələn, Brilliant Dadaşova çox gözəl sənətkardır. İstəyərdim ki, onu tanısınlar.

Tanınmaq başqa şeydir. Məsələn, Moskvada olanda taksi saxladıram, sürücü mənə deyir ki, Elariz müəllim hara gedirsiz? Baxıram ki, bura Moskvadır, məni burada da tanıyırlar”.