Məşhur bacılar bir-birlərini yaraladılar

Məşhur bacılar bir-birlərini yaraladılar
2530 dəfə oxunub
  • A-
  • A
  • A+
“Ciciş kardeşlər” kimi tanınan Esra və Ceyda Ersoy bacıları xəstəxanalıq olublar.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, bacılar evdə bir-biri ilə dava edərkən özlərinə xəsarət yetiriblər. Evdən yüksələn dava səslərini eşidən qonşular polisə və təcili yardıma zəng ediblər. Hadisə yerinə gələn polis uzun müddət bacıları evin qapısını açmağa vadar edə bilməyib.

Uzun danışıqdan sonra qapını açan “Cicişlər” yaralı halda xəstəxanaya çatdırılıblar. Bacıların hansı səbəbdən dava etdiyi araşdırılır.