"Məni evlilik proqramlarına çağırırlar" - Günel

"Məni evlilik proqramlarına çağırırlar" -  Günel
2499 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günel Zeynalova Türkiyədə verilişlərə çox getmədiyini deyib.

Axşam.az-ın məlumatına görə, sənətçi “5/5” verilişində bunun səbəbini açıqlayıb. O bildirib ki, onu evlilik proqramlarına daha çox çağırırlar:

“İndi proqram sistemləri dəyişib. Daha çox evlilik verilişləri yaradılıb. Məni də evlilik proqramlarına çağırırlar, amma getmirəm. Sənətimi göstərmək istəyirəm. Gedib orada bir mahnı oxumağı nə edim? Gedəndə musiqiçilərlə birlikdə getməyə üstünlük verirəm”.