Riçard Gir özündən 30 yaş kiçik sevgilisi ilə evləndi

Riçard Gir özündən 30 yaş kiçik sevgilisi ilə evləndi
676 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Riçard Gir 35 yaşlı sevgilisi Alexandre Silvye ilə evlənib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 65 yaşlı aktyor ispan iş qadını ilə 3 il əvvəl münasibətə başlamışdı. Cütlüyün toy mərasiminə yaxınları qatılıb. Nikah Riçardın Nyu-Yorkdakı evində baş tutub.

Qeyd edək ki, bu, Silvyenin ikinci ailə həyatıdır. O, daha əvvəl biznesmen Robert Fridlandla ailəli olub. Cütlüyün bu nikahdan 2012-ci ildə Albert adlı oğlu dünyaya gəlib. Riçard Gir isə iki dəfə evli olub. O, 1991-1995-ci illərdə model Sindi Kroufordla, 2002-2016-cı illərdə aktrisa Keri Louellə ailəli olub. Sonuncu nikahından aktyorun Homer adlı oğlu var.