Fatih Terim üçüncü dəfə baba oldu

Fatih Terim üçüncü dəfə baba oldu
1302 dəfə oxunub
  • A-
  • A
  • A+
“Qalatasaray”ın baş məşqçisi Fatih Terim üçüncü dəfə baba olub.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, Terimin kiçik qızı Buse Terimin körpəsi dünyaya gəlib. 2014-cü ildə Volkan Bahçekapılı ilə ailə quran Buse qız anası olub. Mayamidə dünyaya gələn uşağa Naz adı qoyulub. Ana olması xəbərini sosial şəbəkədə paylaşan Buse “Bir qızım da oldu” yazıb.

Qeyd edək ki, Buse ilə Volkanın Nil adlı 2 yaşlı qızı da var.