"Çıxsınlar qabağıma" - Səməd müğənnilərə meydan oxudu

"Çıxsınlar qabağıma" -  Səməd müğənnilərə meydan oxudu
389 dəfə oxunub
  • A-
  • A
  • A+

“O vaxtlar müğənni barmaqla sayılası qədər az idi. Toylara isə 5-6 nəfər gedirdi. İndi bəzi ağsaqqallar gileylənir ki, bu nədir, hansı kanala çevirirsən müğənnilər oxuyur. Həmin ifaçını da ki, heç kim tanımır. Ancaq mən bu məsələyə tamam başqa cür baxıram. Nə qədər zəif, pis müğənni oldu, o qədər yaxşıya hörmət və qiymət çoxalır”.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Səməd Səmədov “ARB Ulduz” un “Virtual Həyat” verlişində deyib.

İddialı danışan müğənni həmkarlarını qıcıqlandıracaq açıqlama verib:

“Dəbdəyəm, gündəmdəyəm, mən toylarda bir dənəyəm, dəbdəyəm, gündəmdəyəm, mən hələ də səhnədəyəm. Bu, yeni mahnımın nəqarətidir. Söz verirəm ki, bu mahnı partladacaq. Musiqisini Fərid yazacaq, sözləri isə Hamlet İsmayılovundur. Sözlər hazırdır. Bir-iki həftəyə mahnını təqdim edəcəm. Bu mahnı ilə bütün müğənnilərə meydan oxuyacam. Qoy, çıxsınlar qabağıma”.