"Faytonçu Nazim" məhkəməni uduzdu

"Faytonçu Nazim" məhkəməni uduzdu
2269 dəfə oxunub
  • A-
  • A
  • A+
Binəqədi Rayon Məhkəməsində “Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin “Elmed” klinikasının cərrahı Elman Əzimova qarşı qaldırdığı iddia əsasında məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim Almaz Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, “Faytonçu Nazim”in iddiası təmin edilməyib.

Qeyd edək ki, Nazim Pişiyari bildirib ki, ilk dəfə “Elmed” klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub, lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. “Faytonçu Nazim” həkimin ciddi cəzalandırılmasını istəyib. O, bununla bağlı Baş Prokurorluğa, Bakı şəhər prokurorluğuna və Binəqədi rayon prokurorluğuna müraciət edib.

Həkim E.Əzimov da “Faytonçu Nazim”in iddialarını rədd edir.