Vannada şəkil çəkdirib paylaşdılar, milyonçu oldular

Vannada şəkil çəkdirib paylaşdılar, milyonçu oldular
4150 dəfə oxunub
  • A-
  • A
  • A+
Cek Morris və Lauren Bullen adlı cütlük dünyanı gəzərək pul qazanırlar.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, İnstaqramda 2 milyon izləyicisi olan ər-arvad həm ölkələri gəzir, həm də həmin paylaşdıqları fotolarla gəlir əldə edir. İlk dəfə vannanın içində şəkil çəkdirib paylaşan Ceklə Laurenin həyatı bir anın içində dəyişib. Tezliklə sosial şəbəkədə fanat ordusu yaranan sevgililər bunu dəyərləndirməyi düşünüblər. Topladıqları pulla Banqoka tək istiqamətli bilet alan cütlük özü ilə sadəcə rükzak götürüb və ilk dünya səyahətinə başlayıblar. Bir ay sonra pulsuz qalsalar da, buna görə narahat olmayıblar. İnstaqramda səyahət fotolarını paylaşan Ceklə Laurenin izləyici sayı artdıqca reklam təklifləri almağa başlayıblar. Hazırda 3 milyon izləyicisi olan ər-arvad paylaşdıqları fotolarda markaları “taq” etmək üçün ən az 9 min dollar qonorar alırlar.

Hazırda cütlük İndoneziyanın Bali şəhərində yaşayır və illik qazancları 2 milyon dollardan çoxdur.