Gülbendən sonra keçmiş əri də sevgisini elan etdi - Foto

Gülbendən sonra keçmiş əri də sevgisini elan etdi - Foto
1885 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Gülben Ergenin prodüser Burak Törerlə eşq yaşamasını elan etməsindən sonra keçmiş əri Erhan Çelik də sevgisini etiraf edib.

Axşam.az Türkiyə mediasına istiandən xəbər verir ki, “Beşiktaş”ın keçmiş rəhbəri Fikrət Ormanın eks-həyat yoldaşı Sədəf Ormanla sevgili olan Erhan onunla birlikdə Səlami şahinin konsertini izləyib. Gecə boyunca səmimi görüntülər sərgiləyən cütlük sənətçinin mahnılarını birlikdə ifa ediblər. Çelik hətta sevgilisinə mahnı da ithaf edib. O, səhnəyə çıxaraq Səlami Şahinə bunları deyib:

“1994-cü ildə Səlami Şahini dinləməyə getmişdim. “Səlamiii, “Tapılacak kadın”ı söylə” deyə qışqırmışdım. Aradan 23 il keçib. İndi yenə burdayıq. “Tapılacaq kadın”ı söyləyərsənmi? Masamda əyləşən qadın üçün...”. Qeyd edək ki, Erhan Çeliklə Sədəf Orman 5 aydır, münasibətlərini gizli saxlayırdılar.