Kann beynəlxalq kinofestivalının təşkilatçıları Terri Gilliamın "Don Kixotu öldürən adam" filmini festivalın bağlanış filmi seçib.

Axşam.az "Report"a istinadən xəbər verir ki, filmin əsas qəhrəmanı dövrümüzdə yaşayan, amma qədim İspaniyaya düşən və burada Sanço Pansa adlandırılan biridir. O, Don Kixotun öldürülməsini araşdırır.

T.Gilliamın 30 il çəkməyi düşündüyü filmdə baş rolları Adam Drayver və Olqa Kurilenko oynayır.

Filmin təqdimatı mayın 19-da - bağlanış mərasimindən sonra olacaq.

Qeyd edək ki, kinofestivalın açılışı mayın 8-də keçiriləcək.


                   

Digər Xəbərlər