Corc və Amal Kluninin övladının ilk fotosu yayıldı

Corc və Amal Kluninin övladının ilk fotosu yayıldı
935 dəfə oxunub
  • A-
  • A
  • A+

Hollivud ulduzu Corc Kluni və vəkil həyat yoldaşı Amal Kluninin əkizlərinin ilk fotosu yayılıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, övladlarını mediadan gizli saxlayan Amal bu gün Nyu-Yorkdakı evindən çıxarkən paparazzilərə tuş gəlib. Bu dəfə onun qızı 10 aylıq Ellanın şəklini çəkmək mümkün olub.

Cütlüyün digər övladı, oğlu Aleksandr isə evdə qaldığından onun fotosunu lentə almaq mümkün olmayıb.

Xatırladaq ki, sonuncu dəfə cütlük Venesuallada olanda da əkizləri ilə paparazzilərə tuş gəlib. Lakin cütlük əkizlərinin üzünü göstərməmək üçün əl arabasını örtüblər.

Qeyd edək ki, 56 yaşlı Corcla 39 yaşlı Amal ötən ilin iyulunda valideyn olublar.