Müğənni Ziyafət Yaqubova ARB TV-nin “Səhər-səhər” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, sənətçi artıq adını dəyişdiyini və Enda qoyduğunu deyib. O bildirib ki, əcnəbi bəylə ailə qurub və xaricdə yaşayır. Bakı üçün darıxdığını deyən Ziyafət kövrəlib:

“Bu haqda çox danışmaq istəmirəm. Buralardan çox inciyib getdim”.

Aparıcı Elgiz Əkbər Z.Yaqubovanın ailəsi tərəfindən ölümlə hədələndiyini deyib:

"Buna görə də gedib oteldə qalır. Üzümü onun qohumlarına tutub deyirəm ki, onu üzməyin. Ailə qurub, buradan gedib, niyə onu üzürsünüz? Gözəl səsi var, siz bununla fəxr etməlisiniz".



                   

Digər Xəbərlər