Hələ italiyalı həkim Heredotun eramızdan əvvəl 100 min il bundan əvvələ aid olan məktubunda herpeslə bağlı məlumatlar aşkar edilib. Həmin dövrdə insanlar bədənlərinin müxtəlif yerlərində, əsasən də dodaqlarının kənarına çıxan qırmızı uçuqdan qorxurdular. Onlar elə hesab edirdilər ki, Allahın qəzəbinə tuş gəliblər. Və gecə-günüz dua edirdilər. Herpesə bəzən «İudanın öpüşü» deyirlər. Əfsanələrə görə, bu xəstəlik satqın İudanın insanlara öpüş vasitəsilə göndərdiyi bir bəladır. Yəni insanlar öpüş vasitəsilə bir-birilərinə bəla ötürürlər. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, herpes simplex virusudur.

Herpes simplex virus 1 (HSV1) adlanan bu virus üz sinirlərində olur və mütəmadi olaraq üzə çıxır. Virusla mübarizə apararkən immun sistemi virusun yaratdığı kimyəvi proteinlərdən asılı olur. Bu virusları məhv etmək üçün immun sistemindən istifadə edilir. Bəzən herpes virusu bu proteinlərin hasilatını tamamilə dayandırmağa və immun sisteminin hücumundan tammamilə yaxa qurtarmağa qadirdir. Herpes virusunu orqanizmdən tamamilə yox etmək mümkün deyil. Onu sadəcə, dərmanlar vasitəsilə «yatmış vəziyyətdə» saxlamaq olur.

Herpes virusların təsiriylə yaranan, özünü kiçik su qabarcıqları şəklində büruzə verən, xalq arasında «uçuq» kimi çox yaxşı tanınan bir xəstəlikdir.

Hər kəsin dodağı ən az bir dəfə də olsun uçuqlayıb. Amma elə adamlar da var ki, onların dodaqları ildə ən azı iki dəfə uçuqlayır. Hətta bəzilərində bu, hər ay və ya həftə baş verir. Virusun ağır xəstəliyə çevrilməməsinə immun sistemi köməklik edir. Amma bəzi hallarda immun sistemi bu virusa qarşı mübarizə apara bilmir. Məsələn:

· Kəskin infeksion xəstəliklər olduqda
· Stress zamanı
· Çox miqdarda ultrabənövşəyi şüaya məruz qaldıqda
· Qadınlarda aylıq tsikl vaxtı

Bu virus öpüş vasitəsilə insandan-insana keçir. Araşdırmalara görə,yer üzündə insanların 95 faizi herpesdən əziyyət çəkir. Herpes virusu həm insandan insana, həm də heyvandan insana keçir.

Herpes çoxformalı bir xəstəlikdir. Təkcə insanlar yox, hətta heyvanlar da bu xəstəliyə tutulurlar. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, herpesin 25 forması, 80 növü var. Onlardan 9-u insanlara aiddir.

Herpesin formaları
Herpesin ən çox yayılan forması sadə herpesdir ki, o da əsasən dodağın kənarında çıxır. İnsanların bir o qədər də önəm vermədiyi bu balaca qızartı içərisində minlərlə virus daşıyır. Herpes zamanı yaxşı olar ki, xəstə evdən çıxmasın və ya heç kimlə öpüşməsin. Çünki herpes keçici xəstəlikdir.

Dəri herpesinə əsasən, idmanla məşğul olan insanlarda rast gəlinir. O bədənin müxtəlif yerlərində çıxır. İdman edərkən insan tərləyir və qaşınır. Qaşıntı zamanı qızartılar əmələ gəlir. Bu qızartılar getdikcə böyüyür və herpesə çevrilir.

Ən təhlükəlisi göz herpesidir. Herpesin bu növünə «konyunktivit» deyilir. Bu hətta korluğa gətirib çıxarır. İlkin əlamətləri - gözdə qızartı, sulanma və qaşıntı olmasıdır. Əgər dodağınızda və ya bədəninizin hər hansı bir yerində herpes varsa, əlinizi ona vurduqdan sonra gözünüzə toxunmayın.

Herpes Genitalis
Bu, uçuğun ən təhlükəli və ağır növüdür. Bu növ intim əlaqəylə keçir və cinsi orqanlarda olur. Bəzən buna QİÇS-in başlanğıcı da deyirlər. Bu herpesi tez müalicə etmədikdə onun içərisində olan virus yayılır. Virus ilk 10 gün sakit halda olur. Əgər uçuğa infeksiya keçərsə bu zaman istilik, başağrısı və başgicəllənməsi halları olur. Genitalis herpes həm də gigiyenik qaydalara riayət edilmədiyində olur. Əsasən yeniyetmələrdəaşkarlanır.
Herpes hamilə qadınlar üçün çox təhlükəlidir. Bu vaxt immunitet aşağı düşür. Hamilə qadın halsızlaşır. Hamiləlik zamanı herpes vaxtından əvvəl doğuşa və ya körpənin qüsurlu doğulmasına səbəb olur.
 
Herpes təbiətdə rast gəlinən ən təhlükəli virusdur. Yunancadan tərcümədə «sürünmək» deməkdir. Ən geniş yayıldığı ölkələr ABŞ və Skandinaviyadır. Ölüm təhlükəsinə görə, qripdən sonra ikinci yerdə durur. Mərkəzi sinir sisteminə, selikli qişaya və digər orqanlara mənfi təsir edir. Çoxları deyir ki, qorxdum, ona görə dodağım uçuqladı.


 
Əslində, qorxu immun sistemini aşağı salır. Eyni zamanda immun sisteminə

· Soyuqdəymə
· Ac qalma
· Yuxusuzluq
· Qida rejiminin pozulması, spirtli içkilərin qəbulu kimi amillər də təsir edir.

Herpesin digər növü isə ensefalitdir. Ensefalit zamanı sinir sistemində «kəmərvari zəncir» deyilən formada səpkilər olur. Kürək nayihəsində ağrılar olur. Belə xəstələri müayinə etdikdə infarkta xas əlamətlər aşkarlanır. 
 
Ev şəraitində uçuqdan xilas ol:

· Uçuğun üzərinə valokardin damcısı tökün.
· Moruq kolundan balaca bir budaq qırıb, təmizləyin. Budağı kiçik parçalara bölüb suda qaynadın. Gecə yatmazdan əvvəl yumşaq hala gələn budağı uçuğun üstünə qoyub, bağlayın.
· 2 dəstə cəfərini yuyub təmizləyin. Qaba qoyub, üzərinə çiy süd töküb, qaynadın. Herpes zamanı 1 saatdan bir 2 xörək qaşığı için. Bunu yalnız 1 gün etmək olar, (uşaqlara vermək qadağandır).
· Sarımsağı əzib, qızartının üstünə qoyub, yarım saat saxlayın.
· Çətənə qurusunu qaynar suda dəmləyib, 1 gün ərzində için.
· Kəndalaşı (buzina) araqla qatıb, 1 gecə saxlayın. Gün ərzində az miqdarda qəbul edin.
· Şam ağacını əzib, şirəsini çıxarın. Şirəyə 1-2 damcı duru yağ qatıb, pambıq vasitəsilə uçuğun üstünə sürtün.
· Soyuducudan buzu götürüb, tənzifin arasına töküb, uçuğun üstünə qoyun.



                   

Digər Xəbərlər