"Dağlıq Qarabağa getməyə razılıq verməmişəm" - Hollivud ulduzu

"Dağlıq Qarabağa getməyə razılıq verməmişəm" -  Hollivud ulduzu
838 dəfə oxunub
  • A-
  • A
  • A+

“Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyirəm".

Axşam.az-ın məlumatına görə, bu sözləri Hollivud ulduzu Stiven Siqal "Facebook" səhifəsində yazıb.

Aktyor Ermənistana səfər edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O deyib ki, bu cür məlumatlar doğru deyil:

"Məni Ermənistana dəfələrlə səfər etməyə dəvət ediblər, lakin heç zaman razılıq verməmişəm. Həmçinin heç zaman Dağlıq Qarabağa səfər etməyə razılıq verməmişəm".  

Qeyd edək ki, Stiven Siqalın aprelin 22-də Ermənistana, həmçinin Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı Ermənistan mətbuatı xəbər yayıb.