"Planlı doğun..." - Rövşanədən qadınlara

"Planlı doğun..." -  Rövşanədən qadınlara
3864 dəfə oxunub
  • A-
  • A
  • A+

“Anlamıram, yanıb tökülürəm. Biri gəlib deyir, 5 uşağım var. Evi yox, ata evə gəlmir, içir. Bu, 5 uşağı nə edirsən?”.

Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Rövşanə Ağasəfqızı “Sirdaş Rövşanə” verilişində deyib.

Aparıcı proqramına qonaq olan üç uşaqlı anaya əsəbiləşib və qadınlara səslənib:
 
“Doğanda planlı doğun. Həmişə deyirəm, uşaqları cəmiyyət üçün bədbəxt etməyin. Üç uşaq qalıb komada, ata bir yanda. Birini doğardın görərdin saxlaya, yedizdirə, məktəbə yollaya bilirsənmi? Qadınlar bir ucdan doğa-doğa gedirlər. Sonrada uşaqların taleyi qalır ortada. İmkanınız olmasa da, doqquzunu doğun tökün, nə yaxşı. Hə, millətim artır. Amma hansı formada? Bunlar cəmiyyətə yararlı olacaqlar?”.