Firuzə yenidən "Xəzər"ə qayıtdı - Video

Firuzə yenidən "Xəzər"ə qayıtdı - Video
3180 dəfə oxunub
  • A-
  • A
  • A+

Fira ləqəbi ilə tanınan aparıcı Firuzə Cəlilova yenidən “Xəzər" telekanalında efirə qayıdıb. 

Axşam.az-ın məlumatına görə, Fira “Təhsilə dair” adlı verilişlə tamaşaçı qarşısına çıxacaq.

Bu barədə aparıcı sosial şəbəkədə məlumat verib. O, yeni proqramının anonsunu səhifəsində yerləşdirərək yazıb:

“Bir çoxunuz narahat idiniz ki, “Xəzər TV”dən uzaqlaşmışam, ya yox.  Sizi sevindirim, əzizlərim. Xeyr, mən doğma ailəmlə birlikdəyəm. Odur ki, həftə içi 5 gün “Təhsilə dair”də görüşərik”.

Qeyd edək ki, bir müddət əvvəl Firanın “O başdannan” verilişi  və radiodakı "Danışır Xəzər” proqrami bağlanıb və bu, aparıcının telekanaldan çıxarılması xəbərinin yayılmasına səbəb olub.