Röyadan küsülü olduğu Faiq Ağayevə barışıq jesti - Video

Röyadan küsülü olduğu Faiq Ağayevə barışıq jesti -  Video
2338 dəfə oxunub
  • A-
  • A
  • A+
Şou-biznesdə barışıq jesti bu dəfə əməkdar artist Röya Ayxandan gəlib.

Axşam.az-ın məlumatına görə, müğənni küsülü olduğu xalq artisti Faiq Ağayevə barışıq əli uzadıb. Röya Ağayevin "Uşaq kimi" mahnısını oxuyaraq onu İnstaqram səhifəsində paylaşıb.

Müğənni videoya "Faiq Ağayev və mənim sevimli mahnım" şərhini yazıb.

Qeyd edək ki, F.Ağayevin "Azərbaycanda yalnız 3 müğənni konsertdən real gəlir və izləyici toplayır ki, onlardan biri də mənəm" sözləri ətrafında qalmaqal yaranmışdı.

Röya Ağayevin bu sözləri ilə razı olmadığını bildimiş və "Sizi də sadəlövh sayıb, özünü də, ətrafı da aldatmaq istəyənlər olub yəqin... Yaxın keşmişə səyahət... Mən də nə qədər ki, indiyədək hörməti qoruyub saxlamışam, yenə də qoruyub saxlayacağam, amma çox qaşıma" cavabını vermişdi.