Xuramanın 4 illik həsrəti - "Nə böyük imtahandır!"

Xuramanın 4 illik həsrəti - "Nə böyük imtahandır!"
4977 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Xuraman Şuşalı 4 il əvvəl dünyasını dəyişmiş anası Gülbəs xanımı yad edib.

Axşam.az xəbər verir ki, sosial şəbəkədə anasının fotolarını paylaşan ifaçı yazıb:

“Rəbbimdən istəyim, sənin cənnətdə olmağındır. Sənsizlik nə böyük imtahandır! Hərdən deyirəm, mən bu yaşda itirdim səni, bəs kiçik yaşından yetim qalanlar nələr çəkir? Bəlkə də, o dünyası daha gözəldir. Allah analara can sağlığı versin. Anaların qədrini bilək, sonra gec olmadan...”.

Qeyd edək ki, Xuramanın anası Ağcabədidə dəfn olunub.