Eyni gündə həm nişanlandı, həm də ərə getdi - Fotolar

Eyni gündə həm nişanlandı, həm də ərə getdi - Fotolar
4026 dəfə oxunub
  • A-
  • A
  • A+
Tanınmış aktrisa Seray Sever bir gündə özünə həm nişan, həm də toy edib.

Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, 44 yaşlı aktrisa özündən 10 yaş kiçik sevgilisi Eray Sünbüllə ailə qurub. Cütlüyün nişanı ötən gün səhər saatlarında baş tutmuşdu. Ailə üzvləri ilə sadə nişan mərasimi təşkil edən Seray həmin gün axşam isə nikah masasına oturub. Aktrisanın nikah şahidi qardaşı Soner, Erayın nikah şahidi isə öz qardaşı Kaya Sünbül olub.

Hələlik bal ayına vaxtları olmadığını bildirən cütlük daha sonra Dubaya səyahət edəcək. Seray artıq “Sünbül” soyadını istifadə edir.