Gəncliyində qurduğu xəyalına 48 yaşında qovuşdu - Foto

Gəncliyində qurduğu xəyalına 48 yaşında qovuşdu - Foto
6074 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Cennifer Lopez gəncliyindən qurduğu xəyalına 48 yaşında qovuşub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçı “Guess qızı” olub. Markanın 2018-ci il yaz kolleksiyası üçün fotokamera qarşısına keçən Cey Lo cins geyimi estetik tərzdə təqdim edib. Geyim özündə 70-ci illər dəbini birləşdirir.

Çox həyəcanlı olduğunu deyən Lopez “Mənə “Guess girl” olmağı təklif edəndə çox sevindim. Gəncliyimdən belə məşhur brendin bir parçası olmağı arzulayırdım” söyləyib.