Dünyanın ən balacaboy aktyoru dünyasını dəyişdi

Dünyanın ən balacaboy aktyoru dünyasını dəyişdi
1721 dəfə oxunub
  • A-
  • A
  • A+
Filmlərindəki Mini-Mi obrazı ilə tanınan və dünyanın ən balaca insanlarından olan 49 yaşlı aktyor Vern Troyer dünyasını dəyişib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, çəkildiyi sonuncu filmi nümayiş olunmadan həyatla vidalaşan aktyorun ölüm səbəbi açıqlanmır. 2002-ci ildə spirtli içkidən zəhərlənən Troyer reabilittasiya mərkəzinə yatacağını və alkoqol asılılığından xilas olacağını bildirmişdi.

81 santimetr boyu olan Vern indiyədən 20-dən çox filmdə rol alıb.