Bacısı səhnədə Beyonsun üstünə yıxıldı - Video

Bacısı səhnədə Beyonsun üstünə yıxıldı - Video
1230 dəfə oxunub
  • A-
  • A
  • A+
Amerikada keçirilən “Coachella” festivalında səhnəyə çıxan müğənni Beyons gözləmədiyi vəziyyətlə üzləşib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ilk dəfə Kaliforniyada bacısı Solancla səhnəyə çıxan ifaçı şou əsnasında yerə yıxılıb. Buna səbəb isə Beyonsun birgə rəqs etdiyi bacısı Solancın onun üzərinə düşməsi olub.

Belə ki, bacılar qucaqlaşmalı olduqları yerdə, Solanc Beyonsun üzərinə atılıb. Müvazinətini itirən müğənni isə yerə yıxılıb. Daha sonra ayağa qalxıb gülən Beyons “Bacımı alqışlayın” deyə izləyicilərinə müraciət edib.