Mətanətə əsəbiləşən Elza acığını belə çıxdı

Mətanətə əsəbiləşən Elza acığını belə çıxdı
2074 dəfə oxunub
  • A-
  • A
  • A+

Əməkdar artistlər Elza Seyidcahan və Mətanət İsgəndərli arasındakı qalmaqal böyüyüb.

Axşam.az-ın məlumatına görə, övladının toyunda Elzaya çıxış üçün söz verməyən və oxumağa imkan yaratmayan Mətanət müğənninin xətrinə dəyib.

“Gözlərim” adlı mahnısını M.İsgəndərliyə yazan Elza bəstəni ondan alıb. Seyidcahan “ATV maqazin onlarla”da deyib ki, mahnını İradə İbrahimoya verib:

“Sözlərini Ayşe Birgül Yılmaz yazıb. İnanıram ki, İradə İbrahimovanın ifasında seviləcək. Güclü bir mahnıdır”.

Qeyd edək ki, M.İsgəndərli qızının toyunda Elzanın ondan küsdüyünü demişdi. Elza isə cavabında özünün haqlı olduğunu söyləyib. O bildirib ki, İsgəndərli övladının toyunda heç kimə oxumağa imkan verməyib.