İrina Şeyk ilk dəfə nişan üzüyünü göstərdi - Fotolar

İrina Şeyk ilk dəfə nişan üzüyünü göstərdi - Fotolar
999 dəfə oxunub
  • A-
  • A
  • A+
Rusiyalı model İrina Şeyk Barselona Moda Həftəsinə qatılıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, model ilk dəfə nişan üzüyünü nümayiş etdirib. Ortasında iri zümrüd qaş, ətrafı brilyant qaşlarla bəzədilən üzük qeyri-adiliyi ilə seçilib. Britaniyalı aktyor Bredli Kuperlə nişanlı olan İrina qara libas seçimi edib.

Qeyd edək ki, 32 yaşlı şeyklə 43 yaşlı Kuper 2015-ci ilin yazından görüşür. 2017-ci il martın 21-də cütlüyün Leya de Syen adlı qızı dünyaya gəlib.