"Mənə elə kişi lazımdır ki..." - Dilarə

"Mənə elə kişi lazımdır ki..." - Dilarə
2711 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən il türkiyəli həyat yoldaşı Mərd Aslandan ayrılan “Eurovision 2014” təmsilçimiz Dilarə Kazımova ikinci dəfə ailə qurmağa pis baxmır.

Axşam.az xəbər verir ki, “ATV Maqazin 10-larla”ya danışan müğənni yenidən sevəcəyini deyib:

"Çox xoşbəxtəm. 2017-ci ildə boşanmışam. Şəxsi həyatımda fasilə verməyim normaldır. Çünki özümü toplamalıyam. Bahar gəlir. Niyə də yenidən sevməyim? Mənə elə kişi lazımdır ki, sənətimi dəstəkləyib yanımda olsun, işimi sevsin".