Feysbuk komandası sosial şəbəkədə daha bir yeniliyə imza atıb.

Axşam.az “technote”-ə istinadən bildirir ki, Feysbuk artıq istifadəçilərin videolarına daha çox reklam yerləşdirəcək. Həm gəlir payı artacaq, həm yeni reklam tipləri ortaya qoyulacaq, həm də video sahibləri pul qazana biləcək.

Amma bəzi şərtlər var. Bu şərtlərə uyğun olmayan videolara Feysbuk tərəfindən reklam yerləşdirilməyəcək.

– Video özünüzə aid olmalıdır. Yəni öz istehsalınız. Məsələn: VLOG -lar, kiçik sinematik videolar, üzünüzün göründüyü izahlı, oyun videoları (öz çəkdiyiniz) və s.

– Videoların baxış sayı çox olmalıdır ki, alqoritma sizi izlənilən bir şəxs kimi qəbul etsin.

– Videoda Feysbukdan başqa reklam olmamalıdır. Yəni hər hansı sponsorluq hesabına çəkilən videolara reklam yerləşdirilməyəcək.

– Eyni görüntülərin təkrarlandığı videolara da reklam yerləşdirməyəcək.

Yeni sistem hələlik test olaraq bəzi istifadəçilərə təqdim edilib. Bir müddət sonra isə bu yenilikdən hərkəs yararlana biləcək. Qeyd etməliyik ki, reklam başına verilən payın miqdarı hər ölkəyə görə dəyişəcək. Və bu məbləğ hələ dəqiqləşməyib.


                   

Digər Xəbərlər