Xalq artisti Səməd Səmədov yeni mahnısını təqdim edib.
Axşam.az-ın məlumatına görə, müğənnin sözləri Hamlet İsmayılov, musiqi və aranjimanı Fərid Kərimliyə məxsus “Dəbdəyəm, gündəmdəyəm” adlı mahnısı "Youtube"də yerləşdirilib.
Səmədov bildirib ki, bu mahnı ilə şou əhlinə bir mesaj göndərir:
“Əslində bu mahnım bəzi şou-biznes əhlinə bir mesajdır. İllərdir səhnədə olasan, mahnıların dillər əzbəri olsun, bir də gündəmdə qalasan, bu, hər bir müğənniyə nəsib olmur. Şou-biznesdə bir çox müğənnilərin ulduzları parlayıb, amma gündəmlə ayaqlaşmağı bacarmadıqları üçün onların ulduzları sönüb. Mahnıya gəldikdə isə, ilk qulaq asdığım gündən bəyəndim. Düşünürəm ki, dinləyicilərin xoşuna gələcək”.