Yeni şahzadə doğuldu: Keyt 3-cü dəfə ana oldu

Yeni şahzadə doğuldu: Keyt 3-cü dəfə ana oldu
1970 dəfə oxunub
  • A-
  • A
  • A+
Böyük Britaniya şahzadəsi Uilyamla Kembric hersoginyası Keyt Middlton üçüncü dəfə valideyn olublar.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, cütlüyün oğlu dünyaya gəlib. 4 kiloqrama yaxın (3 kiloqram 827 qram) çəkisi olan körpə bu gün səhər saatlarında doğulub. Məlumatı Kensinqton sarayından da təsdiqləyiblər: “Şahzadə ilə yeni doğulan körpəsi özünü yaxşı hiss edir. Kral ailə üzvləri çox xoşbəxtdir”.

Qeyd edək ki, Keytlə Uilyamın Corc adlı 4 yaşlı oğlu, 2 yaşlı Şarlotta adlı qızı var.