Aparıcının üstünə qaynar su töküldü - Video

Aparıcının üstünə qaynar su töküldü -  Video
4304 dəfə oxunub
  • A-
  • A
  • A+

Xəzər TV-də yayımlanan “Nuş olsun” proqramının aparıcısı Ağakərim Şamidzadənin efirdə başına iş gəlib.

Axşam.az-ın məlumatına görə, canlı yayımda yemək hazırlayan Ağakərimin üstünə qaynar su tökülüb. Aparıcı qazın üstündəki içində su qaynayan qazanı götürmək istəyəndə qabın qulpu sınıb. Şamidzadə yandığını deyərək studiyadan qaçıb.

Veriliş reklamlara ayrılıb. Daha sonra studiyaya qayıdan Ağakərim vəziyyətdən çıxmağa çalışıb:

“Canlı yayımda hər şey olur. Kiçik qəza idi, salamatçılıqdır”.