Əbülfəs Qarayev mədəniyyət naziri oldu

Əbülfəs Qarayev mədəniyyət naziri oldu
4555 dəfə oxunub
  • A-
  • A
  • A+

Prezident İlham Əliyev Nazirlər Kabinetinin yeni tərkibi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.
 
Axşam.az-ın məlumatına görə, sərəncama əsasən, Əbülfəs Qarayev mədəniyyət naziri təyin edilib.

Xatırladaq ki, Prezident İlham Əliyev Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalamışdı. Bu sərəncama əsasən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi yaradılıb.