Azərbaycanlı aktyor əcnəbi rejissorun filmində - Fotolar

Azərbaycanlı aktyor əcnəbi rejissorun filmində - Fotolar
2641 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanlı aktyor Faiq Mirzə yeni filmə çəkilir.

Axşam.az Milli.Az-a istinadən xəbər verir ki, o, bu dəfə koreyalı rejissor Vladimir Mumun bədii sənədli filmində Jan Valjan obrazını yaradacaq.

"Jan Valjan çox mürəkkəb və bəşəri bir obrazdır. Bu obrazı dünya kinosunun ən məşhur aktyorları ifa ediblər. Jan Qaben, Jerar Depardye, Liam Nisn və digər aktyorlar müxtəlif illərdə bu rolu mükəmməl oynayıblar. Tamaşaçı önündə Jan Valjanı yenidən oynamağın məsuliyyətini, yəqin ki, başa düşürsünüz. Bu filmdə eyni zamanda başqa rola-Leonardo da Vinçi obrazına da sınaq çəkilişi etmişdilər. Əlbəttə ki, mənim seçimim Jan Valjan obrazı olsa da, son sözü rejissor deməli idi. Mən daha çox Valjanı oynamaq istəyirdim, çünki Viktor Hüqonun "Səfillər" əsərini hələ orta məktəbin yeddinci sinfində ikən oxumuşdum, o vaxtdan Jan Valjan kimi yaşamağı özümə söz vermişdim. Onu da bildirim ki, bu rolu oynamaq mənim ən böyük arzularımdan biri idi", - deyə aktyor bildirib.