"Dayım anamı bizə qatıb döyürdü" - Elza

"Dayım anamı bizə qatıb döyürdü" - Elza
1860 dəfə oxunub
  • A-
  • A
  • A+
Ötən gün ARB TV-nin “Səhər-səhər” proqramının növbəti qonağı əməkdar artist Elza Seyidcahan olub.

Axşam.az xəbər verir ki, maraqlı açıqlamaları ilə diqqət çəkən müğənni ailə üzvlərinə təşəkkür edərkən, dayısını xüsusi vurğulayıb. Bunu görən aparıcı Elgiz Əkbər “Niyə hər yerdə dayınızın adını çəkirsiniz?” deyə sənətçiyə sual ünvanlayıb.

E.Seyidcahan bunun səbəbini belə izah edib:

“İndiki gündə elə qızlar var ki, heç atadan, qardaşdan qorxmurlar. Amma mən indiki gündə dayımdan qorxuram. İndikilər elə edir ki, elə bil ataları, qardaşları yoxdur. Mən konservatoriyada oxuyanda 6-dan gec evə gəlirdimsə, dayım anamı bizə qatıb döyərdi ki, siz gecə vaxtı hardasız?”.