Saçlarınızın tökülməsini istəmirsinizsə, bu yağlardan istifadə edin

Saçlarınızın tökülməsini istəmirsinizsə, bu yağlardan istifadə edin
4435 dəfə oxunub
  • A-
  • A
  • A+
Saç tökülməsindən şikayəti olanlar itirilmiş saçlarını müxtəlif yollarla bərpa edə bilərlər.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, bunlardan biri də müxtəlif yağlardan istifadə yolu ilə dolğun və parlaq saçlara sahib olmaqdır.

Nanə yağı – xoş ətri ilə yanaşı, saçları çoxaldır və dəridəki quruluğu aradan qaldırır.

Arqan yağı – parıltılı, dolğun saçların sahibi ola bilərsiniz.

Jojoba yağı – saçların qırılmasının qarşısını alır, onları uzadır, baş dərisini yumşaldır.

Fındıq yağı – kəpəyə qarşı ən effektiv vasitədir. Tərkibindəki B1, B2 və B6 vitaminləri saçlarla yanaşı, dərini də nəmləndirir.

Bənövşə yağı – saçların tökülməsi əleyhinə inanılmaz vasitədir. Hər saç yuyulmasından sonra saçlarınızı bu yağla yaxalayın. Saçları parıldadır, xoş ətir yayır.

Xaşxaş yağı – Tökülən saçları bərpa edir, onları uzadır və kəpəyi aradan qaldırır.