"Məsləhət deyilsə, yiyəsinə qismət" - Elnarə kişilərə səsləndi

"Məsləhət deyilsə, yiyəsinə qismət" - Elnarə kişilərə səsləndi
1758 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Elnarə Xəlilova sosial şəbəkədə kişi-qadın münasibətlərindən yazıb.

Axşam.az xəbər verir ki, o, kişiləri xanımlarına laqeyd münasibət göstərməkdə ittiham edib:

“Bəzi kişilər elə bilir ki, gün başlayanda salam vermək və bitəndə sağollaşmaq münasibətlərə kifayət edir. Əslində diqqət, qayğı göstərmək, sevildiyini bilmək xanım üçün çox önəmlidir. Sadəcə, səmimi olun! Sizi heç kim heç nəyə məcbur etmir. Dürüst olun. Hiss etdiklərinizi deməyi bacarın. Vaxt öldürməyin. Xanımın içindəki xanımlığını öldürməyin. Əgər məsləhətdirsə, sahib çıxın. Deyilsə, yiyəsinə qismət. Adama boş yerə ümid verməyin... Sözü üzə deməyə cəsarətiniz çatsın!”.