Aygünlə Röyanı barışığa səslədi: "Tamaşaçı da yoruldu"

Aygünlə Röyanı barışığa səslədi:  "Tamaşaçı da yoruldu"
2494 dəfə oxunub
  • A-
  • A
  • A+

“Sayanın qulu, saymayanın ağasıyam. Röya ilə aramızda heç bir problem yoxdur, ola da bilməz”.

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elnarə Xəlilova “Xəzər maqazin”ə açıqlamasında deyib.

Əməkdar artist Röya Ayxanla münasibətlərindən danışan sənətçi bunları deyib:

“Düzdür, münasibətlərimiz isti deyil. Can deyib, can eşitmirik, amma düşmən də deyilik”.

Elnarə daha sonra xalq artisti Aygün Kazımova ilə Röyanı barışığa səsləyib:

“İstəyirəm barışıq, sülh olsun. Yoruluram... Əgər mən yoruluramsa, görün tamaşaçı nə qədər yorulur. Bu işə qarışmaq istəmirəm.

Aygün Kazımova Natavan Həbibi ilə də barışdı. Şəkillərdə görürəm, Natavan başını Aygün Kazımovanın çiyninə qoyur. Necə xoşdu”.