Nikolas Keyc kinodan gedir

Nikolas Keyc kinodan gedir
416 dəfə oxunub
  • A-
  • A
  • A+
Hollivud ulduzu Nikolas Keyc aktyor karyerasına son qoyacağını açıqlayıb.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, kino ulduz bundan sonra karyerasına rejissor kimi davam etmək istədiyini deyib:
 
“Hazırda mən aktyor kimi fəaliyyət göstərirəm və hələ 3-4 il bu peşə ilə məşğul olacağam. Sonra isə rejissorluğa başlayacağam”.

Nikolas hazırda 7 layihə üzərində işləyir – 5 filmdə baş rolda çəkilir, animasiya filmlərindən birinin səsləndirməsini edir. Keycin rejissor kimi debütü isə 2002-ci ildə ekranlara çıxan, Ceyms Franko ilə birlikdə çəkdiyi “Jiqolo” filmidir.

54 yaşlı Nikolas karyerası boyunca 80-dən çox filmdə çəkilib.