Hicaba görə işdən çıxarıldı - Fotolar

Hicaba görə işdən çıxarıldı - Fotolar
3654 dəfə oxunub
  • A-
  • A
  • A+
Londonda yaşayan müsəlman model Maria İdrissinin başına iş gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, bir çox kosmetik markanın reklamına və jurnalların üz qabığına çəkilən Maria bu dəfə işindən çıxarılıb.

Belə ki, 25 yaşlı modelin məşhur makiyaj markalarından biri ilə bağladığı müqavilə hicab taxdığı üçün pozulub.

"Elle", "Marie Claire", "Vogue" və digər jurnalların üz qabığını bəzəyən İdrissi başına gələnləri belə izah edib:

"Kosmetik marka ilə işbirliyim hicaba keçdiyim üçün ləğv edildi. Müsəlman olduğum üçün məni işdən kənarlaşdırmaları məni şoka saldı".