Mayın 4-də Nizami Kino Mərkəzində xalq artisti Rəşid Behbudova həsr edilən "Nəğmə dolu bir ürəyəm" sənədli filminin təqdimatı olacaq.

Axşam.az-ın məlumatına görə, ekran əsəri Mədəniyyət Nazirliyinin sifarişi ilə "Salnaməfilm" studiyasında istehsal olunub.

Rauf Məmmədovun rejissoru olduğu tammetrajlı sənədli filmin təqdimatı saat 19:00-da baş tutacaq.



                 

Digər Xəbərlər