Mövsümün ən dəbli dodaq boyaları

Mövsümün ən dəbli dodaq boyaları
2957 dəfə oxunub
  • A-
  • A
  • A+

Dəbə uyğunlaşmaq bütün qadınların istəyidir. Yazın gəlişi özü ilə birgə yeni makyaj hiylələrini də bərabərində gətirir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, keçdiyimiz illə müqayisədə bu il ən böyük dəyişiklik dodaq boyalarındadır. Artıq mat rənglər öz yerini parlaq tonlara buraxır.

Bu da mövsümün ən dəbli dodaq boyası rəngləri...

Qırmızı
Hər mövsümün sevilən rəngi qırmızı yenə dəbdədir. Sadə geyimlərinizlə qırmızı rəngli dodaq boyasından istifadə edə bilərsiniz.



Yumşaq rənglər
Bu bahar rəngarəng geyimlərinizi tamamlayacaq olan yumşaq rəngli dodaq boyalarıdır. Rəngarəng geyimlərdə mütləq sadə dodaq boyasından istifadə edilməlidir.


 
Bahar bənövşəyisi
Bu rəng isə demək olar ki, mövsümün ən çox sevilən rəngi olacaq.



Çəhrayı
Çəhrayı bu mövsüm ən çox istifadə edilən rənglərdəndir. Parlaq çəhrayı rəng bütün geyimlərinizə daha da gözəllik qatacaq.