Qoran Breqoviçin Bakıda kosnerti oldu - Fotolar

Qoran Breqoviçin Bakıda kosnerti oldu -  Fotolar
394 dəfə oxunub
  • A-
  • A
  • A+

Heydər Əliyev Mərkəzində məşhur bəstəkar və ifaçı Qoran Breqoviçin konserti olub.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, Qoran Breqoviç Bakıdakı ilk konsertində rəhbəri olduğu orkestrin müşayiəti ilə çıxış edib. İfaçı məşhur filmlərə yazdığı, həm də dünyada populyarlıq qazanmış mahnılarını səsləndirib.

Konsertin sonunda tamaşaçıların alqışları ilə bir daha səhnəyə qayıdan Qoran Breqoviç çox sevilən “Maki Maki”, “Bella Çao” və “Kalaşnikov” mahnılarını oxuyub.