“Vova möcüzələr ölkəsində” nümayiş olunacaq

 “Vova möcüzələr ölkəsində” nümayiş olunacaq
438 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı bu günlərdə Rusiyadan qonaq qəbul etməyə hazırlaşır.

Axşam.az xəbər verir ki, ADGTT dünyanın bir sıra teatrları ilə, eləcə də Rusiya Federasiyasının tərkibində fəaliyyət göstərən teatr kollektivləri ilə “qarşılıqlı qastrol səfərlərinə dair” yaradıcılıq müqavilələri imzalayıb. Müqaviləyə əsasən V.Txansayev adına Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı mayın 18-21 tarixlərində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq.

Teatr Bakı tamaşaçılarına  V.Korostılevin “Vova möcüzələr ölkəsində” tamaşasını təqdim edəcək. Teatrın direktoru, Əməkdar incəsənət xadimi Mübariz Həmidov bildirib ki, hansı qitədə və ölkədə fəaliyyətindən, hansı dildə oynanılmasından  asılı olmayaraq bütün teatrları birləşdirən bir meyar var, o da sənətdir. Bizim tamaşaçılarımız 3 gün ərzində Vladiqafqaz teatrının maraqlı tamaşasını izləmək şansı qazanacaqlar və inanırıq ki, bu yaradıcılıq mübadiləsi gələcəkdə daha da sıx əməkdaşlığa zəmin yaradacaq.

Qeyd edək ki, “Vova möcüzələr ölkəsində” birhissəli tamaşanın quruluşçu rejissoru Diana Çerçesov, rəssamı Vera Kasayeva, musiqi redaktoru Ruslan Daurovdur. Tamaşalar 18, 19, 20 may tarixlərində dörd seans olmaqla 12:00, 14:00, 16:00 və 18:00-da nümayiş olunacaq.