Vyanada Azərbaycan muğamları səsləndirildi

Vyanada Azərbaycan muğamları səsləndirildi
356 dəfə oxunub
  • A-
  • A
  • A+

Vyanada “Theater Akzent” mədəniyyət evində Azərbaycan muğamlarından ibarət konsert axşamı təşkil olunub.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, “Könül” instrumental ansamblının müşayiəti ilə keçirilən konsertdə xalq artistləri Aygün Bayramova, Nəzakət Teymurova və tanınmış xanəndə Fərəməz Gərmrudi çıxış ediblər.

“Fərhəng” incəsənət və mədəniyyət təşkilatının dəstəyi ilə baş tutan konsertdə Azərbaycan muğamları və xalq mahnıları, instrumental muğamlar səsləndirilib.