"Üzr istəyirik, böyüklük edib bizi bağışlasın"

"Üzr istəyirik, böyüklük edib bizi bağışlasın"
910 dəfə oxunub
  • A-
  • A
  • A+
“Qismət” qrupunun solistləri xalq artisti Səməd Səmədovdan üzr istəyib.

Axşam.az-ın məlumatına görə, onlar “ATV maqazin” verilişinə açıqlamasında qrupa rəhbərlik edən müğənniyə qarşı səhv etdiklərini etiraf ediblər:

“İşlərimiz çox gözəl formada davam edir. Maraqlı mahnılar yazdırırıq. Səməd Səmədovdan efir vasitəsi ilə üzr istəyirik. Günahımızdan keçsin. Biz kiçiklik etdik, barışıq əlini uzatdıq. İndi o, böyüklük edib bizi
bağışlasın”.

Qeyd edək ki, S. Səmədov "Qismət"in üzvlərindən inciyərək qrupdan ayrılıb. Buna səbəb solistlərin müğənnidən xəbərsiz mahnı yazdırmaları idi.