Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26–cı ildönümü ilə əlaqədar Qarabağ mədəniyyətinin canlı yadigarı olan Şuşa Dövlət Musiqili Dram Teatrı bir sıra anım mərasimləri keçirib.

Axşam.az xəbər verir ki, Bakının Pirallahı rayonunda, Azərbaycan Dövlət İqtisad Universitetində və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi və Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şuşa şəhər 1 nömrəli orta məktəbdə keçirilən anım mərasimlərində Elnurə Abdullayevanın “Əsgər papağı” tamaşası oynanılıb.

Səhnə əsərində erməni vandallarının Azərbaycanın dinc sakinlərinə qarşı törətdiyi qətliamdan bəhs edilir. Tamaşanın quruluşçu rejissoru Sərdar Gözəlov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Mir Vüqar Nəsirovdur.

Tamaşada əsas rolları əməkdar artist Nazir Rüstəmov, aktyorlardan Emin Sevdiməliyev, Zəhra Salayeva, Vüqar Ağayev, Bahar Həmzəyeva, Teymur Məmmədov, Məmməd Məmmədov, Mobil Qurbanov, Hamlet Qənbərov, Vüsalə Əsgərova və Asif Əhədov ifa ediblər.



                   

Digər Xəbərlər