Bu klip izləmə rekordu qırır - Video

Bu klip izləmə rekordu qırır - Video
9610 dəfə oxunub
  • A-
  • A
  • A+

“Youtube” video portalına yüklənən kliplər arasında qısa müddətə yeni rekord vurulub.

Axşam.az-ın məlumatına görə, bu, amerikalı müğənni Niki Minajın (Nicki Minaj) “Chun-Li” mahnısına çəkdiyi klipdir.

Klip 4 günə 18 milyondan çox baxış toplayıb.

Bundan başqa, qısa müddətdə izlənmə rekordu qıran klipə 640 min "like" gəlib, 80 min şərh yazılıb.

Qeyd edək ki, ekran işi oyunlarının qəhrəmanı Çun Liyə həsr olunub. O, "Fighting" (əlbəyaxa döyüşün əks olunduğu oyunlar) tarixinin ilk qadın personajıdır.

Klipdə Niki seksual obrazları, açıq-saçıq geyimləri və ehtiraslı rəqsləri ilə yadda qalıb.